Xaçmazda sürücü idarəetməni itirərək digər avtomobillərə çırpılıb.
"Unikal"ın məlumatına görə, hadisə N.Nərimanov prospektində qeydə alınıb.
Belə ki, sürücü Xudat şəhər sakini 1958-ci il təvəllüdlü Adil İsmayılov "Opel" markalı minik avtomobili ilə hərəkətdə olan zaman təzyiqi qalxdığı üçün idarəetməni itirib və avtomobili əks istiqamətdə hərəkətdə olan "Chevrolet" və "Nissan" markalı minik avtomobillərinə çırpıb.
Hadisə nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan sürücü A.İsmayılov həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Polis Şöbəsinin və Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca