Türkiyənin “Fənərbağça” komandası Bosniya və Herseqovina millisinin üzvü Rade Kruniçin transfer edib.
"Unikal" xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə 3,5 illik müqavilə bağlanacaq. Oyunçu sözləşmə imzalamaq üçün bu gün İstanbula gələcək.
Qeyd edək ki, Rade Kruniç son olaraq İtaliya “Milan”ının formasını geyinib.