Cəlilabad rayonunda iki minik avtomobili toqquşub, üç nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Suluçeşmə kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı "VAZ-2107" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində 1966-ci il təvəllüdlü Ə.Süleymanov, 1985-ci il təvəllüdlü A.Mənsimov, 2007-ci il təvəllüdlü D.Mənsimova xəsarət alıb. Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.