“Turan Tovuz” qış fasiləsində ilk futbolçu transferini həyata keçirib.
"Unikal" xəbər verir ki, Premyer Liqa təmsilçisindən verilən məlumata görə, hücumçu Aleks De Souza Alkantara ilə 2,5 illik müqavilə bağlanıb.
Braziliya “Santos”unun yetirməsi olan 22 yaşlı forvard karyerası ərzində Türkiyənin "Boluspor" və Litvanın “Hegelman” klublarında da çıxış edib.