Məmurlarımızın xarici banklardakı hesabları ilə bağlı qanqaraldıcı təklif
Bizim replika: Rusiyadakı yasağı Azərbaycanda da tətbiq edəkmi?
Bilirik, indi oxuyacaqları Azərbaycanın bəzi məmurlarının heç də ürəklərindən olmayacaq. Öz-özlərinə fikirləşəcəklər ki, onlar üçün belə qanqaraldıcı olan bir mövzunu gündəmə gətirmək nəyə lazımdır. Amma Azərbaycanın siyasi və iqtisadi maraqları naminə lazımdır!
Məsələ burasındadır ki, Rusiya Dövlət Duması dövlət məmurlarının xarici ölkələrdə bank hesabı açması haqqında üç qanun layihəsindən birini sonuncu üçüncü oxunuşda qəbul edib. Xarici informasiya vasitələrinin məlumatına görə, qadağa məmurların daşınmaz əmlakına şamil edilməyəcək. Bununla belə həmin əmlak gəlirlər haqqında qətnamədə və onun alınması üçün maliyyə vəsaitinin mənbəyinin göstərilməsi qanunda vurğulanıb.
Məmurlar vəzifə icarsına başladığı gündən 3 ay ərzində xarici banklardakı hesablarındakı maliyyə vəsaitini ləğv etməlidir.
Bu qadağaya əməl etməyən məmur vəzifədən etibarsız və yararsız məmur kimi tutduğu işdən azad ediləcək.
Hesab edirik ki, eyni qadağanın Azərbaycanın bəzi məmurlarına da şamil olunmasına ehtiyac var. Müəyyən vəzifəli şəxslərin korrupsiya yolu ilə əldə etdikləri vəsaitləri xarici banklara yerləşdirmələrinin ölkənin milli təhlükəsizliyinə bir təhdid ola biləcəyini hələ keçənlərdə "Unikal" olaraq yazmışdıq. Oxumayan və ya oxuyub unudanlar üçün həmin yazıdan bir məqamı yada salmağı vacib hesab edirik.
Söhbət ondan gedir ki, bəzi məmurların mənimsəmələrlə, maxinasiyalarla, rüşvət almaqla əldə etdiyi həmin çirkli pullar xarici banklarda yerləşdirilir. Bu zaman belə məmur həmin xarici bankların yerləşdiyi ölkədən asılı hala düşür. Bunun isə fəsadları böyükdür, məsələn, həmin korrupsioner məmur o pulu itirməmək üçün şantaj edilməklə dövlətin maraqlarını hər vaxt sata bilər. İndi təsəvvür edirsinizmi, korrupsiyanın bir ölkəyə vura biləcəyi ziyan əslində düşünüldüyündən belə, nə qədər ağırdır?
Ona görə də korrupsiyaya yalnız iqtisadi problem kimi baxmaq olmaz, bunun siyasi və ideoloji zərbələri də bəzən qaçılmaz ola bilər.
Bir sözlə, korrupsioner məmur yalnız ölkəsinin iqtisadi gələcəyini, vətəndaşların firavan həyatını təhdid etmir, o, dövləti maraqlara da təhlükədir.
Biz bunu ötən saylarımızın birində yazmışdıq və bir daha bu mövzunun üzərinə qayıtmağımız yazının əvvəlində də qeyd etdiyimiz kimi, Rusiya Dumasının qəbul etdiyi qadağa ilə əlaqədardır. Görünür, Rusiyada məhz həmin bəhs etdiyimiz məqamları da nəzərə alaraq məmurlara belə yasaq gətirməyin vacibliyi qənaətinə gəliblər.
İndi sual yaranır: eyni vəziyyətdə eyni qadağa Azərbaycanda niyə rəsmiləşməsin? Dövlətimizin iqtisadi və siyasi maraqları naminə bu, vacib deyilmi?
Fikrimizcə, bu haqda düşünmək olar. Baxmayaraq ki, bəzi məmurlar üçün bu, heç də xoş təklif kimi qarşılanmayacaq. Çünki onlar öz mənafelərini dövlətin mənfəətlərindən üstün tutmağı artıq vərdişə çeviriblər.
Günel Əkbər
Digər Xəbərlər
2025-03-03 23:21:10

2025-03-03 20:58:24

2025-03-03 20:01:07

2025-03-03 18:57:43

2025-03-03 16:10:23

2025-03-03 12:44:53

2025-03-03 12:18:17

2025-02-28 19:38:34

2025-02-28 18:54:26

2025-02-28 16:24:23

2025-02-28 13:27:55

2025-02-28 13:25:23

2025-02-28 11:34:17

2025-02-28 11:29:35

2025-02-28 11:00:05
_1739542811.jpeg)
2025-02-27 20:07:00

2025-02-27 20:01:22

2025-02-27 18:44:40
