Şamaxıda ərlə arvad hamam otağında dəm qazından zəhərləniblər, ər dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, hadisə Şamaxı rayonu Mərzəndiyə kəndində baş verib. Belə ki, kənd sakinləri 1956-cı il təvəllüdlü Əhmədov Elxan Gülağa oğlu və onun həyat yoldaşı 1956-cı il təvəllüdlü Əhmədova Zenfira Carı qızı vanna otağında dəm qazından zəhərləniblər. Nəticədə Elxan Əhmədov hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı Təcili Tibbi Yardım avtomobili ilə Şamaxı şəhər Mərkəzi xəstəxanasının reanimasiyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli