Naxçıvan polisi tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Naxçıvan MR Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhəri ərazisində “VAZ2106” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən Elçin Kərimli narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin narkotik vasitə istifadə etdiyi məlum olub.

E.Kərimli barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.