İspaniya Superkubokunun finalında "Real Madrid" "Barselona"nı 4:1 hesabı ilə məğlub edib.
"Unikal" xəbər verir ki, qarşılaşma Ər-Riyadda baş tutub.
Hesabı yeddinci dəqiqədə Vinisius Junior açıb. Üç dəqiqə sonra braziliyalı dubla imza atıb. 33-cü dəqiqədə Robert Levandovski bir qolla əvəz çıxa bilib. Hətta fasilədən əvvəl "Real" yenidən Andrey Luninin qapısına zərbə vura bilib. Vinisius yenə qol vurub. O, 21-ci əsrdə "El Klassiko"da ən sürətli het-trikə imza atıb.
İkinci hissənin ortasında Rodriqo yekun hesabı təyin edib: 4:1
"Barselona"nın kapitanı Ronald Arauxo 71-ci dəqiqədə meydandan qovulub.