Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayış-yanğın hadisəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.
"Unikal"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə gələn FHN yanğınsöndürəninə məxsus şlanq zədələnərək sıradan çıxıb və nəticədə su ətrafa yayılıb.