İngiltərə Premyer Liqasında mübarizə aparan “Everton” və “Nottingem Forest” komandaları cəzalana bilər.
"Unikal" İngiltərə mətbuatına istinadən xəbər verir ki, hər iki klub maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir.
Elita təmsilçilərinin özlərini müdafiə etmək üçün lazımi sənədləri hazırladığı iddia olunub.
Qeyd edək ki, “Everton” 2021-2022-ci illər mövsümündə maliyyə feyr-pley qaydalarını pozduğu üçün ötən ilin noyabr ayında klubun aktivindən 10 xal silinib.