ABŞ-nin keçmiş prezidenti Donald Tramp Pentaqon rəhbəri Lloyd Ostini sərt şəkildə tənqid edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tramp hazırda xəstəxanada müalicə alan Ostini kompüter arxasında oyun oynayan uşağa bənzədib. 

 "O, xəstəxana çarpayısında uzanarkən noutbukdan hərbi əməliyyatları idarə edir", - Tramp ifadə edib. 

 Xatırladaq ki, 2023-cü ilin dekabrında Lloyd Ostin xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Yanvarın 1-də əməliyyatdan sonrakı ağırlaşmalara görə yenidən xəstəxanaya yerləşdirilib.