Belarus istənilən ölkə ilə, o cümlədən NATO üzvləri ilə hərbi sahədə əməkdaşlığa hazırdır. 

"Unikal" xəbər verir ki, bu barədə Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

Onun sözlərinə görə, yenilənmiş hərbi doktrina Avropada vəziyyətin nizamlanması və dinc dialoqun başlanması üçün əsas ola bilər. Müdafiə naziri əlavə edib ki, Belarus BMT, ATƏT və digər beynəlxalq təhlükəsizlik təşkilatlarının təsirini bərpa etməkdə maraqlıdır: "Doktrina layihəsinə görə, Minsk istənilən ölkə ilə hərbi əməkdaşlığa açıqdır. NATO dövlətləri də daxil olmaqla, onlar bizə qarşı aqressiv ritorikalarını və hərəkətlərini dayandırsalar, praqmatik dialoqu bərpa etməyə hazırıq". 

Ağarza Elçinoğlu