Bu gün səhər saatlarında Zəngəzur bölgəsinin Aravus kəndi (keçmiş Qarakilsə - red.) sakininə məxsus çox sayda xırdabuynuzlu heyvan Ermənistanla təmas xəttini keçərək Azərbaycan ərazisinə daxil olublar. 

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Qeyd olunub ki, 200-ə yaxın qoyun Laçın istiqamətindən Azərbaycan tərəfinə keçib. 

Teg (Gorus ray. Dığ - red.) bölgəsinin rəhbəri Davit Qulunts bildirib ki, hələlik qarşı tərəfə keçən heyvanların dəqiq sayı bilinmir. Təmas xəttində heç bir atəş açılmayıb. 

Ağarza Elçinoğlu