Türkiyənin Sakarya vilayətinin Serdivan rayonunda polis ailə üzvlərinə silahla atəş açıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, polis həyat yoldaşı Nesrin.Ü (46), qızı Ayşegül.O (31) və anasına silahla atəş açıb, daha sonra isə intihar edib.

Polisin özü və qızı hadisə yerində, həyat yoldaşı isə xəstəxanada həyatını itirib. Anasının müalicəsi reanimasiyada davam etdirilir.