"NATO yaxın 20 ildə Rusiya ilə müharibəyə hazırlaşmalıdır". 

"Unikal" xəbər verir ki, bu barədə NATO-nun hərbi komitəsinin sədri holland admiral Rob Bauer bildirib. 

O, alyansa üzv dövlətlərin və İsveçin baş qərargah rəislərinin yanvarın 17-18-də keçirilən iclasının nəticələrini açıqlayarkən deyib: "Biz başa düşməliyik ki, bizim sülh içində olmağımıza icazə verilmir. Və buna görə də biz Rusiya ilə münaqişəyə hazırlaşırıq". 

Onun sözlərinə görə, alyans təhdidlərin bütün spektrinə daha çox hazır olmalıdır: "Həmçinin, müharibə başlayacağı təqdirdə daha çox insanın xidmətə çağırılmasına imkan verəcək bir sistem hazırlamaq lazımdır".

Ağarza Elçinoğlu