Rusiya Ədliyyə Nazirliyi Ukrayna Xalq İnqilab Ordusu, Ukrayna Üsyan Ordusu, Ukrayna Xalq Özünümüdafiə və Ukrayna Millətçi Təşkilatlarını "Millətçi təşkilatlar siyahısı"na daxil edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, adəçəkilən qurumlar Rusiyada ekstremist təşkilatlar kimi tanınıb və fəaliyyəti qadağan edilib. 

Təşkilatlara əlavə olaraq, onların atributları və rəmzləri, yəni "Ukraynaya şöhrət" və "Qəhrəmanlara şöhrət" sözləri Rusiyada qadağan edilib. 

Ağarza Elçinoğlu