Kirmanda törədilən partlayışlarda iştirak edən iki terrorçu təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmada öldürülüb. 

"Unikal" xəbər verir ki, bu barədə İranın Kəşfiyyat Nazirliyi məlumat yayıb.

Bundan əlavə, "İslam Dövləti" (İŞİD) terror təşkilatının bir sıra liderləri həbs edilib.

Təhlükəsizlik Nazirliyi bir sıra bölgələrdə hücum və müdafiə əməliyyatlarının davam etdiyini, təhlükəsizlik qüvvələrinin fəal iştirak etdiyini açıqlayıb. 

Qeyd edək ki, yanvarın 3-də Kirmanda baş verən terror nəticəsində təxminən 90 nəfər ölüb. 

Ağarza Elçinoğlu