Hindistanda nənə qızının övladını oğurlayaraq başqa cütlüyə satıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Uttar Pradeş ştatının Böyük Noida şəhərindən olan Babita adlı qadın nəvəsini qaçırıb. Yeni doğulan körpənin anası Şivanqi bildirib ki, həmin gün əri ilə birlikdə dərman almağa gedib və anasından uşağa baxmasını istəyib. Cütlük qayıdanda evdə heç kim olmayıb.

Məlum olub ki, uşaq Amarvir adlı şəxsə 200 min rupiyə satılıb. Bir müddət sonra polislər nənəni həbs ediblər. Uşaq oğurlandıqdan 8 ay sonra uşaq anaya qaytarılıb.

Seymur Əli