Meksika və Çili İsrailin işğal etdiyi Fələstin torpaqlarında “müharibə cinayətləri” ilə bağlı işi Beynəlxalq Cinayət Məhkəməsinin prokuroruna göndərdiklərini açıqlayıb.

"Unikal" xəbər verir ki, Avropa Parlamenti nəhayət Qəzza zolağında atəşkəsin yaradılması və humanitar yardımın çatdırılmasının sürətləndirilməsinin lehinə səs verib.

Bundan əlavə, Avropa Parlamenti Cənubi Afrikanın Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə dəstək verdiyini açıqlayıb və Fələstində siyasi prosesin yenidən başlaması üçün yeni Avropa planının təqdim edilməsinin vacibliyini vurğulayıb.

Parlamentin qərarında həmçinin İordan çayının qərb sahilində sionist mühacirlərin zorakılıq və təcavüzü, həmçinin sionist rejimin fələstinliləri məcburi köçürmə siyasətinə də toxunulub.