İranda xüsusi taktiki hava hücumundan müdafiə təlimləri başlayıb.

"Unikal" xəbər verir ki, manevrlərdə İranın Silahlı Qüvvələrinin bölmələri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, elit birliklər) bölmələri iştirak edir.

Qeyd edək ki, “Vilayət səmasının müdafiəçiləri 1402” təlimi son dövrlərin ən böyük təlimidir.