Avropa İttifaqı Rusiyaya qarşı fevralın 24-dək təsdiqləməyi planlaşdırdığı yeni sanksiyalar paketinin müzakirəsinə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters "məlumat yayıb.

Nəşrin məlumatına görə, potensial tədbirlərə yeni siyahı, daha çox ticarət məhdudiyyətləri daxil ola bilər, həmçinin Moskvanın həm üçüncü ölkələrdə, həm də Avropa İttifaqında yerləşən şirkətlər vasitəsilə sanksiyalardan yayınma qabiliyyətinin əlindən alınmasını nəzərdən keçirə bilər.