Pakistan öz təyyarələrini İranın hava məkanından keçməməyə çağırıb.

"Unikal" xəbər verir ki, Pakistanın Mülki Aviasiya İdarəsi öz aviaşirkətlərinə hələlik İranın hava məkanından istifadə etməməyi tövsiyə edib.

Məlumata görə, Pakistanın Mülki Aviasiya İdarəsi (CAA) Pakistanın milli və yerli aviaşirkətlərinə keçmişdə müşahidə edilən təhlükəsizlik vəziyyəti və İranın hava hücumundan müdafiə sistemlərinə nəzarətin pozulması səbəbindən İranın hava məkanından istifadə etməməyə çağırıb.