“İran Atom Enerjisi Agentliyini girov götürüb”.

"Unikal" xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi dünən Davos Dünya İqtisadi Forumunda deyib ki, İran hökuməti agentliklə əməkdaşlığını məhdudlaşdırıb və sözügedən agentliyi Qərb ölkələri ilə mübahisələrinə görə girova çevirib. 

O, İranın agentliyin müfəttişlərini milliyyətinə görə rədd etməsini tənqid edərək deyib: 
“Bu çox məyusedici bir vəziyyətdir. Biz İranda fəaliyyətlərimizi davam etdiririk, lakin hökumət misli görünməmiş şəkildə əməkdaşlığı məhdudlaşdırıb. İran rəsmiləri Fransa, Böyük Britaniya və ya ABŞ tərəfindən tənqid və təzyiqlərə məruz qaldıqda, siyasi münaqişlərini həll etmək üçün Agentlikdən girov kimi istifadə edirlər. Bu da bizim üçün qəbuledilməzdir”.