Bayden tələbələrin borclarını sildi.

"Unikal" xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb. Bildirilir ki, ABŞ prezidenti Co Bayden 5 milyard dollarlıq tələbə borcunun ləğvi barədə göstəriş verib.

Qeyd olunub ki, dövlət proqramlarında iştirak edən 74 min tələbənin gələcək gəlirləri hesabına kreditlərin ödənilməsi üçün borcları silinəcək. Mənbənin sözlərinə görə, bu qərar ABŞ-da gələcək prezident seçkiləri nəzərə alınaraq qəbul edilib.

Eyni zamanda, Co Baydenin planına təxminən 40 milyon tələbə üçün 20 min dollara qədər kredit bağışlanması daxildir.