İsrail Fələstin Milli Administrasiyası ilə mübarizə aparmaq üçün HƏMAS hərəkatına maliyyə dəstəyi verib.

"Unikal" xəbər verir ki, bu ittihamlarla Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell çıxış edib.

"Həmas İsrail hökuməti tərəfindən Fələstin Muxtariyyətini zəiflətmək cəhdi ilə bağlı maliyyələşdirilib", - Reuters Borreldən sitat gətirib. Siyasətçi təklif olunan maliyyənin konkret nədən ibarət olduğunu açıqlamayıb.

İsrailin baş naziri Benyamin Netanyahu bu cür ittihamları rədd edib.