İrəvanda tikilməkdə olan hündürmərtəbəli binada Rusiya vətəndaşının meyiti tapılıb.

"Unikal" xəbər verir ki, Ərəbkir rayonunun Axbyur Seroba küçəsinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları kişi meyiti aşkar ediblər.

Məlum olub ki, mərhum (69 yaşlı Rusiya vətəndaşı Sarkis T.) tikinti işləri zamanı hündürlükdən - böyük ehtimalla sonuncu mərtəbədən yıxılıb.

Faktla bağlı araşdırma aparılır.