Ukraynada Çeçenistan parlamentinin sədri Maqomed Daudova qarşı ittiham aktı məhkəməyə göndərilib.

"Unikal" xəbər verir ki, bu barədə SBU-nun mətbuat xidməti məlumat yayıb. Ukrayna xüsusi xidməti çeçen deputatı üç cinayət ittihamı ilə ittiham edir.

Ukrayna Təhlükəsizlik Xidməti Rusiyanın silahlı təcavüzünə şərait yaradan Çeçenistan Respublikası parlamentinin sədri Maqomed Daudovla bağlı araşdırmanı başa çatdırıb. SBU-dan bildiriblər ki, hazırda ittiham aktı məhkəməyə göndərilib .