İnsan sümüyündən, üzlüyü insan dərisindən hazırlanmış ritual fleytalar Almaniyaya göndərilərkən Moskva gömrükçüləri tərəfindən aşkar edilərək götürülb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Poçt Gömrüyü məlumat yayıb. 

“Mərkəzi Poçt Gömrüyünün əməkdaşları bağlamanın içərisindən insan sümüyündən hazırlanmış Tibet ritual fleytası olan Kanqlinq (Qanlin) tapıblar... Qeyri-adi tapıntı rentgen aparatı vasitəsilə müəyyən edilib. Gömrük ekspertizası müəyyən edib ki, bu, tibet buddizminin davamçılarının chod ritualını yerinə yetirmək üçün istifadə etdiyi ritual atributdur. Onun özü insanın bud sümüyündən hazırlanır, epifizə isə insan dərisindən örtük qoyulur", - deyə məlumatda qeyd edilir. 

Bağlama Moskvadan Nurtingenə (Almaniya) göndərilib və bəyannamədə musiqi aləti göndərildiyi qeyd olunub.

Nuranə Abbasova