Rusiyalı iş adamı, "Çelsi" futbol klubunun keçmiş sahibi Roman Abramoviç ürək ağrısı şikayəti ilə Moskvadakı xəstəxanalardan birinə "gizli" baş çəkib.

"Unikal" xəbər verir ki, bu barədə Mash Telegram kanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, mühafizəçisinin müşayiəti ilə həkimlərə baş çəkən iş adamı Moskva səfərini ictimailəşdirməmək üçün təxəllüsdən istifadə edib, üzünü şərflə möhkəm bağlayıb və gün eynəyi taxıb.

"Gələn həkimlər arasında kardioloq da var olub", - qeyd edib.