ABŞ və Böyük Britaniya Yəmənin Hodeyda şəhərində "Ənsar Allah" üsyançı hərəkatının (husilər) hədəflərinə zərbələr endirib.

"Unikal" xəbər verir ki, bu barədə husilərə məxsus olan "Al Masirah" televiziya kanalı xəbər verib.

"Sky News Arabia" telekanalı bildirib ki, şəhərin sahil hissəsində yerləşən Əl-Cəbənə bölgəsinə azı iki hava zərbəsi endirilib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.