“Həmas”ın nümayəndə heyəti Qəzzada atəşkəsə nail olmaq yollarını müzakirə etmək üçün Moskvaya gedib.

"Unikal" xəbər verir ki, HƏMAS-ın beynəlxalq əlaqələr bürosunun rəhbəri Musa Əbu Mərzukun başçılıq etdiyi nümayəndə heyəti Moskvada Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovla görüşüb.

“Siyasi məsləhətləşmələr zamanı Fələstin xalqına qarşı təcavüzün dayandırılması ilə yanaşı, Qəzza zolağında atəşkəsə nail olmaq yolları müzakirə edilib. "Həmas hərəkatının müqavimət qüvvələri tərəfindən saxlanılan girovlarla bağlı mövqeyi izah edilib", - HƏMAS-ın bəyanatında deyilir.

Bəyanata görə, HƏMAS “Rusiyanın diplomatik səylərini yüksək qiymətləndirir”.