Rusiya Prezidenti Vladimir Putin yanvarın 18-dən 19-na keçən gecə Xaç suyu (Kreşeniye) münasibətilə buzlu suya girib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, yanvarın 19-da bütün dünyada pravoslav xristianlar əsas xristian bayramlarından birini - Kreşeniyeni qeyd edirlər. Putin 2018-ci ildən ənənəvi olaraq buzlu su çuxuruna düşür. 

Peskovun sözlərinə görə, prezident əvvəllər də bu ənənəyə əməl edib, lakin bunu ictimailəşdirməyib. 

Nuranə Abbasova