BMT Qəzza zolağında dərhal atəşkəsə və girovların azad edilməsinə səbəb ola biləcək hər hansı müzakirələri dəstəkləyir.

"Unikal" xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

Belə ki, o, Moskvada Rusiya Xarici İşlər Nazirliyi ilə HƏMAS arasında aparılan danışıqların nəticələrini dəyərləndirib.

Biz dərhal humanitar atəşkəsə və girovların qeyd-şərtsiz dərhal azad edilməsinə səbəb olacaq müzakirələri dəstəkləyirik. Biz bu müzakirələrdə iştirak etmirik, lakin başa düşürük ki, diplomatik təmaslar müxtəlif yerlərdə baş verir ”, - Düjarrik bildirib.

Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov demişdi ki, Qərbin Yəməndəki hərəkətləri husilərin danışıqlar masasına oturmaq istəyini azaldır. Uzun illərdən sonra Səudiyyə Ərəbistanının təşəbbüsü ilə husilərlə təmaslar başladı.  Lakin Lavrov Yəmənə hücumlardan sonra bu danışıqları bərpa etməyin nə dərəcədə real olduğunu söyləməkdə çətinlik çəkib. 

Nazir həmçinin ABŞ-ın müttəfiqləri ilə birlikdə Yəmənə hücum edərək bütün  ağlasığmaz  beynəlxalq hüququn normalarını tapdaladığı fikrini ifadə edib. Onun sözlərinə görə, Vaşinqtonun husilərə zərbələr endirmək üçün bütün əsaslandırmaları acınacaqlı görünür.