ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Binyamin Netanyahu arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Ağ Ev  açıqlama yayıb. 

Bildirilir ki, tərəflər Qəzzadakı son vəziyyəti müzakirə ediblər. Görüş zamanı Bayden Qəzzada əməliyyatların daha məqsədyönlü əməliyyatlara keçirilməsinin bölgəyə humanitar yardımın çatdırılmasını asanlaşdıracağını vurğulayıb. Bayden Netanyahuya xatırladıb ki, HƏMAS-a qarşı əməliyyatları davam etdirərkən Qəzzada günahsız mülki insanların zərər görməməsini təmin etmək İsrailin məsuliyyətidir.