Türkiyənin ilk astronavtı Alper Gezeravcını və üç komanda yoldaşını Beynəlxalq Kosmik Stansiyaya aparan "AX-3 Dragon" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyaya çatıb.

"Unikal" xəbər verir ki, bu barədə "Axiom Space" məlumat yayıb.

 Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da "AX-3" missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib. O, 14 gün BKS-də qalacaq və missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə 13 fərqli elmi təcrübə həyata keçirəcək.