Antalyanın Manavqat rayonundakı çimərlikdə cinsiyyəti məlum olmayan iki meyit tapılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, son 4 gündə şəhərin müxtəlif yerlərində ümumilikdə 5 meyit aşkarlanıb.
Hadisə yerinə jandarma, sahil təhlükəsizlik və sağlamlıq qrupları sövq edilib. Cinsiyyəti müəyyən edilə bilməyən meyitlər müayinədən sonra Antalya Tibb Qurumuna aparılıb.