"Ukrayna Rusiya ilə sülhə nail olmaq üçün Donbass və Krımdan imtina etməlidir". 

"Unikal" xəbər verir ki,  bunu Slovakiyanın baş naziri Robert Fiko deyib. 

O, qeyd edib ki, əks halda Kiyev münaqişənin sülh yolu ilə həllinə ümid edə bilməz.

"Onlar nə gözləyirlər ki, ruslar Krımı, Donbass və Luqanskı tərk edəcəklər? Bu qeyri-realdır", - Fiko deyib və güzəştə getməyə çağırıb.

Fiko həmçinin əlavə edib ki, Ukrayna ən çox korrupsiyalaşmış dövlətlər sırasındadır və Kiyevin hərəkətləri ABŞ tərəfindən idarə olunur.

Gülayə Mecid