Rusiya Federasiyasının dövlət başçısı və prezidentliyə namizəd Vladimir Putinin etibarlı adamı olmaq böyük şərəf və böyük məsuliyyətdir.

"Unikal" xəbər verir ki, bunu “Kurçatov İnstitutu” Milli Araşdırmalar Mərkəzinin prezidenti Mixail Kovalçuk jurnalistlərə açıqlamasında deyib. O, həmçinin Putinin etibarlı nümayəndələrindən düzgün komandanın toplandığına diqqət çəkib ki, bu da Rusiya cəmiyyətinin daha da möhkəmlənməsinə ciddi töhfə verəcək.