"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask Polşaya uçub.

"Unikal" xəbər verir ki, bu barədə TASS  məlumat yayıb.

Bildirilir ki, səfər zamanı iş adamı antisemitizmlə mübarizə mövzusunda Krakovda keçiriləcək beynəlxalq simpoziumda, eləcə də Avropa Yəhudi Assosiasiyasının təşkil etdiyi tədbir çərçivəsində keçmiş Osvensim konsentrasiya düşərgəsində keçiriləcək mərasimdə iştirak etməlidir.