Barnaulda Rusiya Federasiyası FTX-nin əməkdaşları şəhərdə terror aktı törətməyə cəhd edən vətəndaşı həbs ediblər.

"Unikal" Rusiya KİV-i istinadən xəbər ki, o, Rusiya Müdafiə Nazirliyinin obyektlərindən birini molotov kokteyli ilə yandırmaq niyyətində olub.

"O, qadağan olunmuş təşkilatın “kurator”unun göstərişi ilə yandırıcı qarışıqlardan “Molotov kokteyli” arsenalı hazırlayıb və onun köməyi ilə o, obyektlərdən birini yandırmalı olub. Həmin şəxs terror aktı törədərkən əməliyyatçılar tərəfindən həbs edilib”, - deyə  məlumatda deyilir.  

Həmin şəxs həbs edilib, cinayət işi başlanıb.