Avropa İttifaqının (Aİ) xarici siyasət rəhbəri Josep Borrell fevralın əvvəlində Ukraynaya səfər edəcəyini açıqlayıb.

"Unikal" xəbər verir ki , o, Brüsseldə assosiasiyanın xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında müvafiq bəyanatla çıxış edib.

Onun sözlərinə görə, səfər fevralın birinci və ya ikinci həftəsində baş tutacaq.

Borrell başqa təfərrüatları açıqlamayıb.

Avropa diplomatiyasının rəhbəri bir müddət əvvəl bildirmişdi ki, Yaxın Şərqdəki münaqişə diqqət mərkəzini dəyişməyəcək və Ukraynaya dəstək verməyə mane olmayacaq. O, həmçinin əmin edib ki, “Ukraynalılar narahat olmasınlar”, çünki Avropadan dəstək əvvəlki kimi güclü olacaq.