Rusiya bütün dünya, Ukrayna hakimiyyəti və Ukrayna prezidenti Volodimir Zelenskinin cinayətlərini unutmaması üçün hər şeyi edəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O , “Rossiya 1” telekanalında “60 dəqiqə” verilişinin efirində müvafiq açıqlama ilə çıxış edib.
Diplomatın sözlərinə görə, Rusiya tərəfi Ukraynadakı vəziyyətlə bağlı mövzunun bütün formatlarda işıqlandırılması üçün hər şeyi edəcək: BMT Təhlükəsizlik Şurasında , Baş Assambleyada , BMT-nin ixtisaslaşmış komitə və komissiyalarında , eləcə də digər beynəlxalq təşkilatlarda.
“Biz Kiyev rejiminin cinayətləri üçün xüsusi institut yaratmışıq. Bütün dünya bundan xəbər tutacaq. Söz verirəm, Zelenski unudulmayacaq”, - Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.