İsrail HƏMAS-a bütün girovların azad edilməsi müqabilində Qəzzada 2 aylıq atəşkəs təklif edib.
"Unikal" xəbər verir ki, İsrail Qətər və Misir vasitəsilə Həmas-a Qəzza üçün 2 aylıq atəşkəs təklif edib.
İsrail HƏMAS-dan bu müddət ərzində əlində olan bütün girovları azad etməyi tələb edir.
Oktyabrın 7-də başlayan qarşıdurmalar zamanı Netanyahu hökuməti Həmas tərəfindən girov götürüldüyünə görə öz ölkəsində sərt tənqidlərə məruz qalırdı.