Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev yanvarın 24-dən 25-nə kimi Almatıya səfər edəcək.
"Unikal" xəvər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Berik Uali məlumat yayıb.
O, yanvarın 23-nə keçən gecə baş vermiş zəlzələdən sonra şəhərdəki vəziyyətlə bağlı müşavirə keçirəcək.
***07:55
Qazaxıstanda 6,7 maqnitudalı zəlzələ olub.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar Almatı şəhərində 4 maqnituda da hiss edilib. Qazaxıstana eniş etməli olan 4 təyyarə zəlzələ səbəbindən Almatı hava limanına vaxtında enə bilməyib.
Almatıda binanın ikinci və üçüncü mərtəbələrindən tullanana səkkiz nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Gülayə Mecid