Los-Rios əyalətindəki fermada hərbi kəşfiyyatın məlumatı əsasında Ekvador ordusunun əsgərləri tərəfindən dəyəri bir milyard ABŞ dollarından çox olan 22 ton kokain aşkar edilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ekvador Silahlı Qüvvələri bununla bağlı bəyanat yayıb. 

Bildirilir ki, bu material Asiya, Avropa, Şimali və Mərkəzi Amerika bazarlarına aşağı gücə malik, yüngül təyyarələrdən istifadə etməklə nəql ediləcəkmiş. Müsadirə edilən yük ölkə tarixində ən böyük yükdür. Ordunun əməliyyatında 150-yə yaxın əsgər iştirak edib.

Gülayə Mecid