İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha 3 zabitinin həlak olduğunu bildirib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yayıb. 

Yazılı açıqlamada Qəzzanın cənubunda baş verən qarşıdurmalarda mayor David Nati Əl-Fasi (27 yaş), mayor Eli Levi (24yaş) və kapitan Eyal Mforach Toito (22 yaş) adlı 3 zabitin öldüyü bildirilib.  

Qəzza zolağına hücumların başladığı 7 oktyabr 2023-cü ildən bu yana öldürülən İsrail əsgərlərinin sayı 200-ü quru işğalı prosesində olmaqla 535-ə yüksəlib.

Gülayə Mecid