İran prezidenti İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə rəsmi səfərə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

İran prezidentinin Ankaraya səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi dəvəti ilə baş tutacaq.

Türkiyəli həmkarı ilə görüşdən əlavə, İran və Türkiyə prezidentlərinin iştirakı ilə yüksək səviyyəli əməkdaşlıq şurasının 8-ci iclası gözlənilir.

Qeyd edək ki, bundan əvvəl İran liderinin mümkün səfəri müxtəlif səbəblərə görə təxirə salınmışdı. 

Ağarza Elçinoğlu