Türkiyənin Adana və Kahramanmaraş şəhərlərində eyni vaxtda həyata keçirilən “KAFES-32” əməliyyatlarında İsmayıl Sünerin rəhbərlik etdiyi mütəşəkkil cinayət qrupu məhv edilib.

"Unikal" xəbər verir ki,  bu barədə daxili işlər naziri Ali Yerlikaya "X"da əməliyyatla bağlı məlumat verib.

Onun sözlərinə görə, mütəşəkkil cinayət qrupnun lideri ilə yanaşı 11 şübhəli də saxlanılıb.