"Qarşıdakı bir neçə ay Ukrayna üçün həlledici olacaq".

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə bildirib

"Əgər qar yağdığı üçün döyüşlərin dayanacağını düşünürsünüzsə, bir daha düşünün. Ukrayna hərbçiləri növbəti tədarükün nə vaxt gələcəyini bilmirlər. Biz Ukraynanın bu müharibədə qalib gəlməsini, firavan, suveren Ukrayna görmək istəyirik, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin hamı, o cümlədən cənab Putin tərəfindən tam tanınmasını və Ukraynaya bu məqsədlərə çatmaq üçün lazım olan dəstəyi davam etdirmək istəyirik", - deyə diplomat açıqlayıb. 

Ağarza Elçinoğlu