Fransada “Zara” brendindən paltar oğurlayan quldur dəstəsi saxlanılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, Paris yaxınlığında 30-45 yaşlarında olan altı kişi həbs edilib. İstintaq ötən ilin payızında Fransada yük daşınması zamanı ispan brendindən geyimlərin oğurlanması qeydə alındıqdan sonra Evri polisi tərəfindən başlayıb.

Şübhəlilərin eyni gəmiçilik şirkətində işlədikləri və "Zara"dan malların yığılması və daşınmasına cavabdeh olduqları bildirilir. Bir neçə ay ərzində onlar bu brenddən ümumi dəyəri 1,5 milyon avrodan çox olan bir neçə min geyim əşyası oğurlayıblar. Evlərdə aparılan axtarışlar zamanı müstəntiqlər çoxlu sayda oğurlanmış əşyalar aşkar ediblər.

Polis dəstə başçısı da daxil olmaqla altı quldurun şəxsiyyətini müəyyənləşdirib.

Bundan əvvəl “Zara”nın sahibi 585 milyon avro vergidən yayınmaqda ittiham olunurdu.